Slimfit
  1. İQTİSADİYYAT

Kanada şirkəti dekabrda Azərbaycanın qurudakı blokunda yeni quyular qazmağa başlamağı planlaşdırır

Kanada şirkəti dekabrda Azərbaycanın qurudakı blokunda yeni quyular qazmağa başlamağı planlaşdırır
Sakura

Kanada şirkəti dekabrda Azərbaycanın qurudakı blokunda yeni quyular qazmağa başlamağı planlaşdırır

Bu ilin dekabr ayında Kanadanın “Zenith Energy” şirkətinin Azərbaycanda törəməsi “Zenith Aran Oil Company Ltd.” quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunda yeni quyularda qazma işlərinə başlamağı planlaşdırır.

Report” xəbər verir ki, bu barədə “Zenith Energy” şirkəti ilə bağlı “ARC Ratings” şirkətinin reytinqində qeyd edilib.

Hər quyunun 4 500 metr dərinlikdə olacağı və qazma işlərinin 3 aya tamamlanacağı gözlənilir. Quyuların hər birindən gündəlik neft hasilatının orta həcminin 450 barel olacağı qiymətləndirilir.

Hər quyu üçün təxminən 4 mln. dollar xərc çəkiləcəyi təxmin edilir.

Şirkət yataqlar blokundan növbəti 23 il ərzində (müqavilə müddəti başa çatanadək) 165 yeni quyu qazmağı planlaşdırır.

“Zenith Aran” operator olduqdan sonra 44 quyuda əsaslı təmir və yenidənqurmanı nəzərdə tutan proqrama başlayıb. 2016-cı il avqust - 2018-ci il mart ayları ərzində 7 əsaslı təmir işləri həyata keçirilib. Bu isə gündəlik hasilatı 25 bareldən 300 barelədək artırıb.

Məlumata görə, hazırda gündəlik hasilat xərci təxminən 19 dollar/barel təşkil edir. Günəlik hasilat min barelə çatdıqda hasilat xərcinin 13 dollar/barelə düşəcəyi hesablanır.

2018-ci il ərzində 12 quyu, 2019-cu ildə 15, 2020-ci ildə isə 11 quyu istismara daxil ediləcək. Hər quyu üçün əsaslı təmir işlərinin xərci təxminən 50 min dollar hesablanır.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR