Slimfit
  1. AVTO VƏ MOTO

Kanada elektrik avtomobillərinin alıcılarına əlavə 5 min dollar ödəyəcək

Kanada elektrik avtomobillərinin alıcılarına əlavə 5 min dollar ödəyəcək
Sakura

Kanada elektrik avtomobillərinin alıcılarına əlavə 5 min dollar ödəyəcək

Kanadada bu ildən etibarən elektrik və hidrogen avtomobilləri alıcılarına dövlət 5 min dollar geri qaytaracaq.

Bu barədə Kanadanın bu yaxınlarda qəbul edilmiş federal büdcəsində  məlumat verilir.

“Kanadalıların zərərsiz tullantısız avtomobillər almasını təşviq etmək üçün 2019-cu il büdcəsi üç il ərzində Nəqliyyat Nazirliyinə 300 milyon dollar ayırmağı təklif edib ki, bu da elektrik batareyalı və ya hidrogen yanacaqlı avtomobillərə 5 min dollar endirimi təmin etmək üçün təqdim olunacaq”, - sənəddə deyilir.

Bu endirim artıq bu il qüvvəyə minəcək, amma ancaq istehsalçı tərəfindən 45 min dollardan aşağı qiymətləndirilən avtomobillərə şamil olunacaq. “Hökumət kanadalıları böyük əksəriyyətinə sıfır tullantılı avtomobil seçməyə kömək etmək üçün addımlar atır, bu da Kanadaya aşağı karbonlu iqtisadiyyata keçməyə və nəqliyyat xərclərini orta təbəqə üçün azaltmağa imkan verəcək”, sənəddə bildirilir.

Həmçinin qeyd olunur ki, Kanadada elektrik avtomobillərinin istehsalına investiriya qoymaq istəyən şirkətlər dövlətdən qismən maliyyələşmə imkanı əldə edəcək.

 

Mənbə: ukrinform.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR