Kamran Əliyevdən yeni TƏYİNATLAR
Naxçıvan Muxtar Respublikası (NMR) Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi Əqil Əliyev tutduğu vəzifədən azad olunub.
Ens.Az xəbər verir ki,bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Əqil Əliyev NMR Prokurorluğunun İstintaq şöbəsinin rəisi təyin edilib.
Bundan başqa, Baş prokurorun əmri ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Mübariz Bağırov tutduğu vəzifədən azad olunaraq NMR Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi təyin edilib.
Habelə, Kamran Əliyevin digər əmri ilə NMR Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru Xalid Mirzəyev tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət