Slimfit
  1. HƏRB

Kamran Əliyev: “Laçın Azərbaycana təhvil verilərkən Ermənistanın tapşırığı ilə evlər yararsız vəziyyətə salınıb"

Kamran Əliyev: “Laçın Azərbaycana təhvil verilərkən Ermənistanın tapşırığı ilə evlər yararsız vəziyyətə salınıb"
Sakura

Kamran Əliyev: “Laçın Azərbaycana təhvil verilərkən Ermənistanın tapşırığı ilə evlər yararsız vəziyyətə salınıb"

"Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə evlər yararsız vəziyyətə salınıb".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev iyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində keçirdiyi əməliyyat müşavirəsində deyib.

O bildirib ki, Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycanın nəzarətinə verilənədək Ermənistanın aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb məhv edilmiş və istismara yararsız vəziyyətə salınıb.

Qeyd olunub ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 8-nə isə müxtəlif həcmli zərər vurulub. Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 47-nə isə müxtəlif həcmli zərər vurulub.

Vurğulanıb ki, işğal müddətində Laçın şəhərində yerləşən, Azərbaycanın vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulmuş, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib.

"Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib", - Baş prokuror vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR