Slimfit
  1. CƏMİYYƏT

Kamran Əliyev: “Ekologiya postu”nun sökülməsi bir həftəyə yekunlaşacaq

Kamran Əliyev: “Ekologiya postu”nun sökülməsi bir həftəyə yekunlaşacaq
Sakura

Kamran Əliyev: “Ekologiya postu”nun sökülməsi bir həftəyə yekunlaşacaq

“Ekologiya postu”nun tamamilə sökülməsi və postun yeni binasında son tamamlama işlərinin yekunlaşması, təxminən, bir həftə çəkəcək.

Ens.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun genişlənməsi işləri ilə əlaqədar postun binasının yerinin dəyişdiriməsi yol polisinin həmin ərazidəki fəaliyyətinə təsir etməyəcək:

“Həmin ərazidə təkcə stasionar xidmət aparılmır, eləcə də mobil naryadlar da var. Yəni patrul maşınları da həmin ərazidə xidmətinə davam edir.

Hazırda orada müəyyən texniki vasitələrin köçürülməsi işləri gedir. Təxminən bir həftəyə həm əvvəlki binanın sökülməsi başa çatacaq və yeni bina fəaliyyətə başlayacaq”, – K.Əliyev bildirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR