Dərc edildi: Baxış sayı: 321
Kamala Harris: “Ukraynaya yardımımız dayanmayacaq”
“ABŞ-nin Ukraynaya dəstəyi dəyişməz olaraq qalır və bundan sonra da davam edəcək”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
“ABŞ Prezident Cozef Bayden və mən sizə, Ukrayna xalqına yardım məsələsində qətiyyətliyik”, - o deyib.
Xatırladaq ki, fevralın 13-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardımın nəzərdə tutulduğu qanun layihəsinin alternativ variantını qəbul edib.
Mənbə: TASS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət