Dərc edildi: Baxış sayı: 705
Kalba Molla İsmayıl - Üçünə
Ay ağalar, beş gözələ uğradım,
Gözüm düşdü gözəllərin üçünə.
İstərsən kövsərdən sirab alasan,
Qul olginən, qulluq eylə üçünə.
Kim yandırdı kimin dü balü pərin?
Ustadı yolunda ют qoydu sərin?
Kimlər dedi ustadına afərin?
Biri mimdi, biri çimdi, üçü nə?
Allah peyğəmbərə göndərdi salam,
Onların şənində oxur kim kəlam?
Beş ulu peyğəmbər, dəftəri-aləm,
Biri Nuhdu, bir İbrahim, üçü nə?
İsmayıl der, budu sözün kutahı,
Heydərə qul olan heç çəkməz ahı,
Dilində vird eylə kalamullahı,
Əməl eylə beş vaxtının üçünə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət