Slimfit
  1. DÜNYA

"Kalaşnikov" yeni məhsulunu təqdim etdi: avtomatı kimi populyar ola bilər

"Kalaşnikov" yeni məhsulunu təqdim etdi: avtomatı kimi populyar ola bilər
Sakura

Elektromobilin sürəti saatda 80 kilometrə çatır

Rusiyanın "Rostex" dövlət korporasiyasının "Kalaşnikov" konserni taksi və karşerinq (avtomobil kirayəsinin bir növü) xidmətləri üçün elektromobil yaradıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, elektromobilin sürəti saatda 80 kilometrə çatır.

Elektromobil avqustun 8-9-da Moskvada keçirilmiş "Taksi" Beynəlxalq Avrasiya Forumunda təqdim olunub.

Məlumata görə, taksomotor daşımalar üçün nəzərdə tutulmuş elektromobilin çəkisi 650 kiloqram, uzunluğu 3,4 metr, eni 1,5 metr, hündürlüyü isə 1,7 metrdir.

Elektromobilin istifadəsinin asan olduğu və minimal səviyyədə texniki xidmət tələb etdiyi bildirilir.

Dünyada getdikcə elektromobillərə marağın artdığını nəzərə alsaq, "Kalaşnikov" konserninin bu məhsulunun da məşhur "AK-47" avtomatı kimi populyarlıq qazanacağını gözləmək olar.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR