Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kakaonun inanılmaz faydası açıqlandı

Kakaonun inanılmaz faydası açıqlandı
Sakura

Daha əvvəllər aparılan araşdırmaya görə, D vitamini süd vəzisi xərçənginin inkişafının qarşısı alır

Almaniyalı alimlər araşdırma zamanı müəyyən edib ki, tərkibində kakao olan məhsullarda insan orqanizmi üçün çox vacib olan D2 vitamini var.

Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, günəş şüaları altında qurudulmuş kakao paxlasındakı D vitamini D2 vitamininə çevrilir. Alimlər müxtəlif kakao məhsullarının kütlə spektrometrik analizlərini aparıblar. Müəyyən edilib ki, kakao çox miqdarda vitamin D2 mənbəyidir.

 

Eyni zamanda, ekspertlər fərqli kakao məhsullarının müxtəlif məzmunlu tərkibə malik olduğunu vurğulayırlar. Məsələn, ağ şokoladın içində bu, demək olar ki, yoxdur.

Xatırladaq ki, D vitamini insanın sümüklərinin böyüməsi və osteoporozun profilaktikası üçün vacibdir. Bu, daha çox balıq yağı, göbələk və dəniz məhsulları, süd və yağ, qırmızı və qara kürü, dəniz yosunu tərkibində var.

Daha əvvəllər aparılan araşdırmaya görə, D vitamini süd vəzisi xərçənginin inkişafının qarşısı alır.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR