Slimfit
  1. CƏMİYYƏT

Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa ediləcək? - AÇIQLAMA

Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa ediləcək? - AÇIQLAMA
Sakura

Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa ediləcək? - AÇIQLAMA

Xəbər verdiyimiz sərt karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq avqustun 5-nə kimi uzadılıb. Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Avqustun 5-dən sonra kafe və restoranların fəaliyyətinə icazə veriləcəkmi?

Ens.az xəbər verir ki,bununla bağlı KONKRET.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, sərt karantin rejimin uzadılması çox düzgün qərardır: “Operativ Qərargah karantin rejimi ilə bağlı qərarlar qəbul edərkən əsasən yoluxanların, sağalanların artıb-azalma dinamikasını, Bakıda və bölgələrdə pandemiya ilə bağlı mövcud vəziyyəti analiz edir.

Artıq sərt karantin rejiminin müsbət nəticələri hiss olunur. İyulun 17-də 471 nəfər koronavirus infeksiyasına yoluxub, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu nəticə bir daha onu göstərir ki, qəbul edilən bütün qərarlar insanlarımızın sağlamlığının qorunmasına xidmət edir. Bilirsiniz ki, bu dəfə sərt karantində sms icazənin vaxtı 3 saata uzadılıb. Bundan əlavə iyulun 20-dən bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verildi. Əgər növbəti iki həftə sərt karantin rejimində yoluxanların sayındakı azalma dinamikası davam edərsə, növbəti yumşalmada kafe və restoranların fəaliyyətinə icazə verilə bilər. Təbii ki, hər şey insanlarımızın qoyulan qaydalar və verilən tövsiyələrə nə qədər əməl etməsindən asılı olacaq”.

İqbal Məmmədov vurğulayıb ki, “Artıq insanlarımız bu xəstəliyin nə qədər təhlükəli olduğunu anlayır. Son günlərin statistikası bunu bir daha sübut edir”.

NƏRGİZ,

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR