Dərc edildi: Baxış sayı: 382
Kadırov qohumunu cəzalandırır – Yoxlama başladı
Çeçenistan polisi Qroznının keçmiş meri İslam Kadırova qarşı yoxlamaya başlayıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Qroznı” televeziyası yayıb. Yoxlamalara səbəb isə jurnalistlərin polisə təqdim etdiyi videodur. Videoda Kadırovun şəhər sakinlərinə qarşı mer olduğu zamanı sərt davranışı əks olunub. Məlumata görə, təqdim olunan videonun həcmi 8 saat təşkil edib.
Qeyd edək ki, İslam Kadırov 2012-2015-ci illərdə Qroznı meri vəzifəsini tutub. O, Çeçenistan lideri Ramzan Kadırovun qohumlarından sayılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət