Slimfit
  1. AZƏRBAYCAN

Kadırov: Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz

Kadırov: Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz
Sakura

Kadırov: Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz

Heç bir təxribat və münasibətlərin aydınlaşdırılması Çeçenistanla Azərbaycan arasındakı qardaş münasibətləri poza bilməz.

Çeçnyatoday.com” saytının məlumatına görə, belə bir bəyanatla Rusiya Federasiyasının Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Çeçenistan rəhbəri Ramzan Kadırovun adından çıxış edib.

O qeyd edib ki, Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq istəyən müəyyən kriminal qüvvələr var.

Umarov hazırda sosial şəbəkələrdə yayılan müəyyən təxribat xarakterli məlumatlara uymamağa, habelə Çeçenistanla Azərbaycanın nüfuzlu siyasətçilərinin sözlərinə diqqətlə yanaşmağa çağırıb.  

Xatırladaq ki, fevralın 14-də Moskvada kafelərin birində çeçenlərlə azərbaycanlılar arasında insident olub. Polis davada iştirak edən 18 nəfəri saxlayıb.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR