Dərc edildi: Baxış sayı: 247
Kadırov ABŞ-yə ukraynalı hərbi əsirlərin mübadiləsi ilə bağlı təklifini bildirib
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-yə ukraynalı əsirlərin əvəzində onun ailəsinə qarşı sanksiyaların ləğv olunmasını təklif edib. O, əsirlərin siyahısını bir gün əvvəl Qroznıya gələn ABŞ-li keçmiş kəşfiyyatçı Skott Ritterə verib.
“Donetskdən, Luqanskdan götürdüyümüz əsirlərimiz var. Mən siyahını qonağımıza ötürürəm (Skott Ritter), əgər anamdan, qızlarımdan və günahsız insanlardan, atlardan sanksiyaları qaldırsalar, biz bu insanları verəcəyik”, - deyə Kadırov bildirib.
Mənbə: ura.news
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət