Slimfit
  1. DÜNYA

Kadırov ABŞ-ın yeni sanksiyalarına pulemyotlarla cavab verdi

Kadırov ABŞ-ın yeni sanksiyalarına pulemyotlarla cavab verdi
Sakura

Kadırov ABŞ-ın yeni sanksiyalarına pulemyotlarla cavab verdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov ABŞ-da “qara siyahı”ya salındıqdan sonra “döyüşü qəbul etdiyini” və “bundan sonra daha maraqlı olacağını” deyib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə o, “Telegram”dakı səhifəsində paylaşdığı fotoya yazdığı şərhdə bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti R.Kadırovu insan haqlarını pozmqda ittiham edərək, ölkəyə girişinə qadağa qoyub.

“Tamam, mən yüz dəfə insan haqlarının pozucusuyam, bəs onda həyat yoldaşım və qızlarıma qarşı sanksiyaları necə izah edirsiniz? Onlar hansı cinayəti törədiblər və kimlərin hüquqlarını pozublar? Bu suala cavabınız yoxdur”, - deyə o bildirib.

Kadırov əlavə edib ki, ABŞ bununla dünya fitnəkarlarının və təxribatçılarının xəyanətkar simasını göstərib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR