Dərc edildi: Baxış sayı: 647
Kadırov 6 yaşlı oğlanı cangüdən götürdü
Çeçenistan rəhbəri Ramzan Kadırov 6 yaşlı Məhəmməd-Əmi Qaziyevi öz mühafizə dəstəsinə xidmətə götürüb.
Axar.az xəbər verir ki, bu barədə Kadırov İnstaqram hesabında yazıb.
Məlumata görə, Kadırovun bu addımına səbəb uşağın valideynlərinin yayımladığı video olub. 6 yaşlı Məhəmməd-Əmi videoda Kadırovu mühafizə etmək arzusunu dilə gətirib.
Çeçenistan lideri də öz növbəsində Qaziyevin təyinatı ilə bağlı video yayıb. O, uşağın əsl peşəkar-mühafizəçi olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət