Jurnalistlər qazsız qalıb - səbəb adidir, sadəcə, əncam edən yoxdur
Sutka boyunca əhalinin, şikayətçi insanların dərdini dinləyən, problemlərinin həllinə çalışan jurnalistləri özü məişət problemi ilə üzləşib. Bu hadisə Jurnalistlər evi-2-də baş verib.
Musavat.com-a verilən məlumata görə, iki gündür 255 mənzillik binaya qaz verilişi dayandırılıb. Əvvəlcə elə düşünülüb ki, bu, müvəqqəti problemdir, Bayıldakı sürüşmənin aktiv mərhələyə keçməsi ilə bağlı həyata keçirilən preventiv tədbirlərin nəticəsidir. Ancaq sonra məlum olub ki, qonşiu binanın qaz təminatı qaydasındadır.
Bundan sonra jurnalistlər problemin qaynağını tapıblar, aydın olub ki, problem binanın həyətindəki qazpaylayıcı qurğudadır (rusca QRP adlanır). Nəyə görəsə qurğu xarab olub. Binanın komendantı Bünyamin İsmayılov da qaz verilişinin kəsilməsinin səbəbinin qazpaylayıcı qurğuya görə olduğunu deyib və əlavə edib ki, bu barədə səlahiyyətli dövlət qurumuna - "Azərqaz"a məlumat versə də, onlar gəlib nasazlığı aradan qaldırmırlar.
Daha sonra jurnalistlər "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin telefon nömrəsinə (050 335 58 77) zəng ediblər, oncaq ondan da müsbət cavab ala bilməyiblər.
Beləliklə, jurnalistlər son çarəyə əl atır, dövlət rəhbərliyinə müraciət edərək, əhaliyə xidmət göstərməli olan dövlət strukturlarını işləməyə vadar etməyə çağırırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət