Jurnalistlər pulsuz müayinədən keçiriləcək
Bakı. İlhamə İsabalayeva - Trend:
22 iyul - Milli Mətbuat Günü münasibətilə bütün KİV nümayəndələri üçün ödənişsiz ilkin terapevtik müayinə keçiriləcək.
Trend-in məlumatına görə, müayinəni "Apifioterapiya" Mərkəzinin həkimi fitoterapevt Elnur Eldaroğlu aparacaq.
E.Eldaroğlu Trend-ə bildirib ki, aksiya 24-26 iyul tarixlərində keçiriləcək.
Aksiyadan qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xorası, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət