Dərc edildi: Baxış sayı: 1649
“Jah Khalib” azərbaycanlı generalın şəklini paylaşdı
Rusiyada müğənnilik fəaliyyəti ilə məşğul olan Azərbaycan əsilli Bəxtiyar Məmmədov (Jah Khalib) son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun fotosunu paylaşıb.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, o, “Instagram” hesabında paylaşdığı fotoya bu şərhi yazıb:
“General-mayor Polad Həşimovun simasında hazırkı vəziyyətlə bağlı bütün şəhidlərin ailələrinə dərin hüzün ilə başsağlığı verirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət