Slimfit
  1. AVTO VƏ MOTO

“Jaguar Land Rover” 69 minə yaxın avtomobili geri çağırır

“Jaguar Land Rover” 69 minə yaxın avtomobili geri çağırır
Sakura

Böyük Britaniyanın tanınmış konserni “Jaguar Land Rover” Çin bazarında 68 min 828 avtomobili mühərrikdəki…

Böyük Britaniyanın tanınmış konserni “Jaguar Land Rover” Çin bazarında 68 min 828 avtomobili mühərrikdəki qüsurlara görə geri çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.

Aprelin 5-dən başlanacaq geriçağırma prosesi 2009-2016-cı illərdə istehsal olunmuş “Discovery 4” və “Range Rover Sport” modellərindən olan avtomobilləri əhatə edəcək. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin mühərrikindəki diyircəkli val vaxtından əvvəl aşına və anidən sına bilər. Bu da öz növbəsində mühərrikin işini pozaraq təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

İstehsalçı şirkət avtomobillərdəki həmin detalları yoxlayaraq ehtiyac olarsa öz hesabına dəyişəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR