Dərc edildi: Baxış sayı: 733
İzzəddin Şirvani - Kuyində fələk dün gecə görcək məni sordu
Kuyində fələk dün gecə görcək məni sordu:
"Kim saldı səni bu hala? Dur bir mənə göstər".
"Yarın o xumar gözləri" - dindim. Dedi: "Heyhat!
Pis sərxoş olublar, səni, qaç, öldürəcəklər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət