Dərc edildi: Baxış sayı: 1307
İzzəddin Həsənoğlu - Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim
Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?
Aparıb fikri bütün səbrü qərarım, nə edim?
El mənə tənə vurur: söylə, tükənməzmi yasın?
Axı, mən bağrıyanıq aşiqi-zarəm, nə edim?
Ayqabaqlım görüşə gəlmədi, tənha gəzərək,
Saymayım nəcmi-münəvvər, şəbi-tarəm, nə edim?
Yar apardı canımı, olmadı dildar mənə,
Özü asudə gəzir, mən güli-xarəm, nə edim?
Saldı əldən qəmi-məşuqə məni, yoxmu dəva,
Eşqdən oldu pərişan səri-karım, nə edim?
Hər iki dünyada allah gözəli düst tutar,
Mən ki, puri Həsənəm, yoxdu nigarım, nə edim?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət