İyulun 1-dən şəbəkə istifadəçiləri vergi verəcək
Şərqi Afrikada, Uqanda parlamenti əhaliyə sosial mediadan istifadəyə görə vergi verməsini tələb edib.
Publika.az xəbər verir ki, hazırlanan qanun layihəsinə görə, sosial media, "Facebook", "Whatsapp", "Viber" və "Twitter" kimi ictimai media platformalarından istifadə edənlər qanunla 200 Şillinq (5 cent) vergi ödəyəcək. Qanun layihəsini isə sosial medianın yalan informasiya mənbəyi olmasını irəli sürən prezident Yoveri Museveni gündəmə gətirib.
Mart ayında gündəmə gələn qanun layihənin sosial mediadan əldə ediləcək rüsumla ölkə daxilində iğtişaş yarada biləcək informasiyaların sosial media üzərindən yayılmasının qarşısı alınacağını düşündüklərini deyən rəsmilər, "təhsil, araşdırma və məlumat almada" faydalı olan internet əlaqəsinin tamamilə ləğv edilməsinin əleyhinə olduqlarını vurğulayıblar:
"İnternetin tamamilə ləğv edilməsi deyil, sadəcə şəbəkə istifadəçilərinin sosial media istifadəsi üçün vergi vermələrinin tərəfdarıyıq".
Qanun iyul ayının 1-dən etibarən qüvvəyə minəcək. "Söz-söhbət" vergisi kimi adlandırılan qanun layihəsinin Maliyyə Nazirliyi tərəfindən qeydə alındığı bildirilsə də, onun tətbiqi ilə bağlı şübhələr qalmaqdadır. Qanuna mobil pul transferi əməliyyatlarına illik 1 faiz vergi də daxil olmaqla, bir çox əlavə vergi qüvvəyə minəcək.
Maliyyə Naziri David Bahadi isə parlamentdə çıxışı zamanı bu vergilərin Uqandanın getdikcə böyüyən milli borcunun ödənilməsi üçün lazımlı olduğunu bildirib.
Xatırladaq ki, Uqandada 23,6 milyon insan mobil telefondan istifadə edir. Ancaq bu istifadəçilərin yalnız 17 milyonu internetdən istifadə edir. Uqandada sosial media həm hökumət, həm də müxalifət tərəfdarları üçün mühüm bir vasitədir.
2 il əvvəlki prezident seçkiləri zamanı Y.Museven bütün sosial media platformalarına girişi əngəlləyərək "yalanların yayılmasının" qarşısını almağa çalışmışdır.
Tanzaniya və Keniyada da analoji vergi təşəbbüsləri olmuşdu. Lakin əhalinin haqlı etirazları qalib gəlmişdir.
Könül
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət