Slimfit
  1. DÜNYA

İyirmi ildən sonra Efiopiya və Eritreya nəqliyyat üçün sərhədləri yenidən açıblar

İyirmi ildən sonra Efiopiya və Eritreya nəqliyyat üçün sərhədləri yenidən açıblar
Sakura

İyirmi ildən sonra Efiopiya və Eritreya nəqliyyat üçün sərhədləri yenidən açıblar

Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd 20 ildən sonra Afrikanın iki dövləti arasında nəqliyyat yolu üçün sərhədləri yenidən açıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Eritreyanın informasiya naziri Yemane Meskel özünün “Twitter”dəki mikrobloqunda yazıb.

Xatırladaq ki, iyulun 8-də Efiopiyanın Baş naziri Abiy Əhməd Eritreyanın paytaxtı Əsmərada olub, burada iki dövlət arasında 1998-ci ildən davam edən sərhəd münaqişəsinin dayandırılması barədə tarixdə ilk dəfə danışıqlar keçirilib. Sülh və dostluq barədə Bəyannamənin imzalanmasından sonra ölkələr diplomatik və ticarət əlaqələrinin bərpasına başlayıblar. Efiopiya sentyabrın 6-da iyirmi ildən sonra Eritreyada səfirliyini yenidən açıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR