Dərc edildi: Baxış sayı: 523
İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək
ABŞ prezidentinin qızı İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib.
Nümayəndə bildirib: "İvanka Tramp qadınların hüquqlarının möhkəmləndirilməsinə həsr edilmiş tədbirdə iştirak və çıxış edəcək. Bundan əlavə, İ.Tramp qadınların məşğulluluğuna həsr edilmiş sessiyada da iştirak edəcək".
Qeyd edək ki, G20 sammiti 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət