İvanişviliyə qarşı daha bir müxalif kanal açılır
Gürcüstanda daha bir müxalifyönlü televiziya açılacaq.
Axar.az xəbər verir ki, yeni televiziyanı keçmiş müdafiə naziri David Kezeraşvilinin maliyyələşdirəcəyi bildirilib.
Yeni televiziyaya Zurab Qumbaridze direktor gətiriləcək. Artıq bununla əlaqədar olaraq hökumət müxtəlif yollarla Qumbaridzeyə qarşı təzyiqə başlayıb. Onun “Rustavi 2” televiziyasındakı kabinetində prokurorluq axtarış aparıb.
Bir sıra mətbuat orqanı isə Kezeraşvilinin yaradacağı televiziyanın sponsorlarından birinin biznesmen David Yakobaşvili olacağını vurğulayıb. Mətbuat bu məsələdə xüsusilə Yakobaşvilinin Rusiya ilə əlaqələrinə diqqət çəkib.
Qeyd edək ki, Kezeraşvili əslən yəhudidir. O, 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.
Bir müddət əvvəl “Rustavi 2” kanalının baş direktoru Nika Qvaramiya da yeni televiziya yaradacağını açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət