Slimfit
  1. ƏDƏBİYYAT

İvan Krılov

İvan Krılov
Sakura

İvan Andreyeviç Krılov (rus. Ива́н Андре́евич Крыло́в) — rus yazıçısı, təmsilçi, jurnalist.

İvan Andreyeviç Krılov 1768–ci il fevralın 13-də Moskva şəhərində anadan olmuşdur. O, sistemli təhsil almış, müstəqil olaraq ədəbiyyatı, riyaziyyatı, fransız və italyan dillərini öyrənmişdir. 1782-ci ildə 14 yaşında əyalət mülkədarlarının adətlərini təsvir edən "Qəhvədan" adlı komik operasını yazmışdır.

Yaradıcılığı

İvan Andreyeviç Krılov 1786-1788-ci illərdə "Quduz ailə", "Yazıçı dəhlizdə", "Dəcəllər" adlı komediyalarını yazmışdır. Jurnalistlik fəaliyyətinə 1792-ci ildə yazdığı "Qaib" povesti ilə başlamışdır. Krılovun satiraları II Yekaterinanın narazılığına səbəb olduğundan o, bir müddət ədəbi fəaliyyətdən əl çəkmiş və əyalətdə gizlənmişdi. 1799-1800-ci illərdə Krılovun hökumət əleyhinə yazdığı "Trumf" məzhəkə faciəsi əlyazma şəklində geniş yayılmışdır. Onun 1807-ci ildə yazdığı "Moda dükanı", "Qızlara nəsihət" komediyaları, "İlya Muromets" komik operası şöhrət qazanmışdır. 1809-cu ildə Krılovun təmsillərdən ibarət ilk kitabı nəşr olunmuşdur. Krılov yaradıcılığı rus təmsilinin zirvəsi səviyyəsinə yüksəlmişdir. O, atalar sözü, nağıl və məsəllərdən məharətlə faydalanmış, rus ədəbi dilinin inkişafında mühüm rol oynamışdır. Əsərləri bir sıra dillərə tərcümə olunmuşdur. Təmsilləri XIX əsrin 30-cu illərindən Azərbaycanda da geniş yayılmışdır. "Eşşək və bülbül" təmsilini A.A. Bakıxanov Azərbaycan dilinə tərcümə etmişdir.

Krılov 1844-cü il noyabrın 21-də Peterburqda vəfat etmişdir.

 

Təmsilləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR