Slimfit
  1. ELM

İtlərin müstəsna intellekti haqqındakı əfsanə təkzib edildi

İtlərin müstəsna intellekti haqqındakı əfsanə təkzib edildi
Sakura

İtlərin müstəsna intellekti haqqındakı əfsanə təkzib edildi

Bu yaxınlarda aparılmış tədqiqata əsasən, insanların ən yaxşı dostları hesab edildiyi kimi elə də ağıllı deyillər. Elmi iş özündə 300-dən çox tədqiqatı birləşdirmişdi ki, burada itlər və digər heyvanların (canavar, şimpanze və afalinlər) intellekti araşdırılırdı.

İnsanların və itlərin möhkəm dostluğu min illər boyu davam edən əhliləşdirmənin nəticəsidir (yeri gəlmişkən, insan iti iki dəfə öyrədib). Bu müddətdə biz bir-birimizi elə də pis tanımamışıq.

Məsələn: mütəxəssislər aydınlaşdırıblar ki, dörd ayaqlı dostlar göründüyündən daha çox şeyi xatırlayırlar və hətta sahibinin dediyi sözlərin mənasını başa düşürlər.

Həqiqətən də bir çox it sahibləri iddia edirlər ki, onların heyvanları heyrətamiz intellekt səviyyəsinə malikdirlər. İtlər insanın üz ifadələrini fərqləndirə bilirlər.

Bundan başqa, itlərin müstəsna idrak qabiliyyəti barədə təsəvvürü sadə pərəstiş hesab etmək olmaz. Bir çox alimlər quyruqlu məxluqların iştirakı ilə psixoloji və davranış eksperimentləri keçiriblər. Elmi iş məlumatlarına əsasən, itlər heyrətamiz idrak qabiliyyəti ilə öyünə bilərlər.

Sual yaranır: insanın etibarlı dostu nə dərəcədə ağıllıdır?

Ekseter və Kenterberi Universitetlərinin mütəxəssisləri və Krayst Çörç itlərin idrak qabiliyyətini digər heyvanlarla müqayisə edərək, bu aktual suala cavab tapmağa çalışdılar. Yuxarıda qeyd edildiyi kimi, mütəxəssislər yüzlərlə dərc olunmuş elmi işləri araşdırdılar.

Alimlər xüsusilə üç heyvan qrupunda fikirlərini topladılar: ev heyvanları (həmçinin pişiklər), sosial ovçular (afalinlər) və digər ətyeyən heyvanlar (ayılar, şirlər və kaftarlar). İtlər hər üç qrupa aid edilir.

Elmi işin müəllifləri sahə idrak qabiliyyəti, sosial qavrama və şüuru müqayisə etdilər.

Araşdırmanın press relizində qeyd olunur ki, alimlər bəzi işlərdə “itlərin bacarıqlarının xeyrinə həddindən artıq interpretasiya halları” aşkar etdilər.

“İşimizi görərkən bizə elə gəlirdi ki, itlərin idrak qabiliyyətinin araşdırılması sahəsindəki bir çox işlər onların nə dərəcədə ağıllı olduqlarını sübut etməyə yönləndirilib”, - Ekseter Universitetindən olan prosessor Stifen Lia (Stephen Lea) deyir.

O qeyd edir ki, itləri tez-tez şimpanze ilə müqayisə edirlər və hər dəfə onlar “qalib gəlirlər”, mütəxəssislər bunu istisna kimi hesab ediblər.

“Buna baxmayaraq hər dəfə biz bu tapşırığın öhdəsindən itlər kimi yaxşı gələn növlər tapırdıq”, - o deyir.

Araşdırmanın nəticələri ondan xəbər verir ki, bu gün itləri heyvanlar aləminin digər nümayəndələri ilə müqayisə etsək, onların istisna idrak qabiliyyətinə malik olmaları üçün əsas yoxdur.

Məsələn: tədqiqatçılar aydınlaşdırıblar ki, itlərdə insanların və heyvanların emosiyalarını sosial göstəriş kimi istifadə etmək bacarığı var (məsələr: insanın əhvalını yüksəltmək üçün), amma digər heyvanlar bu məsələdə daha fərasətli olub.

Başqa sözlə desək, digər heyvanların imkanları itlərin bacarıqları ilə müqayisə edilə bilər, bəzi hallarda isə digər məxluqlar onları üstələyə də bilər.

Beləliklə, araşdırma müəllifləri qeyd edirlər ki, onların işi itlərin idrak qabiliyyətini tam əhatə etmir.

Araşdırma nəticələri Learning & Behavior elmi nəşriyyatında təqdim olunub.

 

Mənbə: Vesti.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR