Dərc edildi: Baxış sayı: 482
İtlərin küçəyə çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
“Sərt karantin rejimində itlərin küçəyə çıxarılması hallarından sui-istifadə edilməməlidir”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, koronavirusa yoluxma hallarının artmasını nəzərə alaraq, vətəndaşların bu vəziyyətdən sui-istifadə etməmələri rica olunur:
“Nazirlər Kabinetinin bu məsələ ilə bağlı qərarlarına riayət etmək lazımdır. Ancaq bu halda özümüzü və yaxınlarımızı bu xəstəlikdən qoruya bilərik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət