Dərc edildi: Baxış sayı: 477
İtkin düşən alpinistlərimizin adı əbədiləşdirildi
2017-ci ildə Tufandağ istiqamətinə doğru yürüşdə itkin düşən alpinistlər Babur Hüseynov, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadənin xatirəsi əbədiləşdirilib.
Minval.info xəbər verir ki, onları adı Mahmuddərə ərazisində qayaya verilib.
Bu barədə alpinist Babur Hüseynovun qohumu, jurnalist Cəlalə Nəzəroğlu sosial şəbəkədə yazıb.
Bildirilir ki, lövhədə “Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı” sözləri yazılıb.
Qeyd edək ki, alpinistlər 2017-ci ilin dekabr ayında qar uçqununa düşmüş, 2018-ci il mayın 18-də donmuş cəsədləri tapılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət