Slimfit
  1. AZƏRBAYCAN

İtin göz yaşları insanları düyğulandırdı

İtin göz yaşları insanları düyğulandırdı
Sakura

İtin göz yaşları insanları düyğulandırdı

Türkiyənin Bursa şəhərində avtomobilin vurduğu itin göz yaşları ürəkləri sızlatdı.

 Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa şəhərində avtomobilin vurması nəticəsində ayağı sınan it "Böyükşəhər Bələdiyyəsi Küçə Heyvanları Müalicə Mərkəzi"ndə əməliyyat edilib.

Ayağı sınan itin vodeosu bir heyvansevər tərəfindən sosial şəbəkədə paylaşılaraq Böyük Şəhər Bələdiyyə başçısı işarələnib. Bunun ardınca it "Böyükşəhər Bələdiyyəsi Küçə Heyvanları Müalicə Mərkəzi"nə gətirilərək müalicəsinə başlanılıb və əməliyyat edilib. Müalicə əsnasında it ağrıdan göz yaşları töküb.

İtin 2-3 yaşda olduğunu deyən veterinarın sözlərinə görə hazırda vəziyyəti stabildir. O, "Sağ ön ayağında yara və qırıq var, gibs qoyduq. Sistem taxıldı, vitamin, mineralllar vuruldu. Hazırda vəziyyəti yaxşıdır. Təxminən 10 gün nəzarət altında olacaq və gibs açılacaq. Daha sonra ayağının vəziyyətinə görə ya sığınacağa veriləcək ya da təbiətə buraxılacaq" - deyə bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR