Slimfit
  1. MARAQLI

İtən albanlar, xristian türklər

İtən albanlar, xristian türklər
Sakura

İtən albanlar, xristian türklər

Dünyada cox xalqlar var ki onların taleyi baş vermiş tarixi ictimai-siyasi hadisələr nəticəsində müəyyən sərhədlər cərçivəsində parçalanmış və ya dini inancına görə bölünmüşdür.

Buna misal kimi koreyalıları, osetinləri, irlandları, vaxtilə almanları və təbii ki, Azərbaycan türklərini göstərmək olar.

Azərbaycan tarixinin ən kədərli səhifələrindən olan 1828-ci il fevralında Rusiya və İran arasında imzalanmış, Azərbaycanın iki yerə bölünməsini qəti şəkildə rəsmiləşdirən Türkmənçay müqaviləsi ilk növbədə bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüz, vəhşilik idi.

Bu gün toxunacağımız mövzu uzun illər boyunca bizə gercək kimi təqdim edilmiş bəzi tarixi saxtakarlıqları gün işığına çıxarmaqdır. Azərbaycan ərazisində mövcud olan tarixi maddi-mədəni irsin zaman-zaman saxtalaşdırılması ilə bağlı olan gerçəklər həm də ölkəmizin ayrılmaz parçası olan Qarabağın ətrafında uzun onilliklərdən bu yana yaradılmış problemlərin köklərini dərk etmək nöqteyi-nəzərindən böyük önəm daşıyır.

XIX əsrin sonlarında və XX əsrin əvvəllərində neft bumu ilə əlaqədar sürətlə inkişaf edən Bakıya Rusiyanın müxtəlif quberniyalarından, o cümlədən Qafqazın fəqli şəhərlərindən çoxsaylı adamlar iş dalınca üz tuturdular (onlar arasında ermənilər xüsusən çox idi). Və belə bir şəraitdə çoxmillətli şəhərə çevrilən Bakıda islam dininə sitayiş edən Azərbaycan türkləri özlərinə həm də müsəlman deyirdilər ( bu ənənə Gürcüstanın azərbaycan türkləri yaşayan Borçalı bölgəsındə də vardır).

1905-1907 və 1918-ci illərdə baş vermiş azərbaycanlılara qarşı erməni soyqırımlarını ermənilər məhz Erməni -Müsəlman qırğını kimi təqdim etməkdə maraqlı idilər. Diqqət edək : Erməni-Türk və ya Xristian -Müsəlman deyil, məhz Erməni-Müsəlman qırğınları... maraqlıdır deyilmi? Yəni həqiqətənmi həmin dövrdə bütün müsəlmanlar birləşərək "məzlum " erməniləri qırırdılar? Sözsüz ki XEYR !

Burada iki məqsəd güdülürdü : birincisi erməniləri əzilən və guya xristian olduqlarına görə öldürülən millət kimi göstərmək.

İkincisi isə qarşı tərəfi milli kimliyi ilə deyil məhz dini mənsubiyyəti ilə adlandiraraq məsələnin mahiyyətini tamamilə dəyişmək.

Ermənilər özlərini əzabkeş xalq kimi təqdim etməklə Qafqazda "əzilən" xristianlara dindaş dəstəyi əldə etməyə çalışırdılar. Bu işdə onların əsas idarə mərkəzi rolunu isə erməni kilsəsi həyata keçirirdi.

Bəs erməni kilsəsi Qafqazda nə vaxt peyda olmuşdu?

Əslində, 1836 -cı ilə qədər Qafqazda heç bir erməni kilsəsi mövcud olmayıb. .

Qədim şərq kilsələri qrupuna daxil olan Alban Kilsəsi isə nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biri sayılır. Bu kilsə vaxtilə Azərbaycan ərazisində də hakim mövqedə olub. Belə ki, 313-cü ildə Arşakilər sülaləsindən olan alban çarı Urnayr xristianlığı dövlət dini elan etməklə Alban Kilsəsini rəsmi kilsə statusuna qaldırmışdı.

Qafqaz Albaniyası mədəniyyətinin inkişafında mühüm rol oynayan bu kilsə 705-ci ildə alban dövləti süquta uğrayıb Ərəb xilafətinin tərkibinə qatıldıqdan sonra tənəzzül dövrünə qədəm qoydu.

XIX əsrin əvvəllərində Şimali Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğal olunması ilə bu Kilsənin fəaliyyətinə birdəfəlik son qoyuldu. Belə ki, çar hökuməti İran və Türkiyədən Şimali Azərbaycana öz sadiq nökərlərini - erməniləri kütləvi şəkildə köçürməyə başladı. Çar Rusiyasının müstəmləkə rejimi onların vasitəsilə regionda öz dayaqlarını möhkəmləndirməyə çalışırdı. Bu səbəbdən Rusiya imperiyası erməni əhalisinin, o cümlədən erməni-qriqorian kilsəsinin maraqlarını qorumaq yolunu tutdu. Bunu fürsət bilən erməni-qriqorian kilsəsi çar hökuməti qarşısında Alban Katolikosluğunun birdəfəlik ləğv edilməsi məsələsini qaldırdı. Nəticədə rus çarı I Nikolayın  (hakimiyyət illəri: 1825-1855) 11 mart 1836-cı il tarixli Fərmanı ilə Alban Katolikosluğu ləğv olundu və Alban Kilsəsi erməni-qriqorian kilsəsinə birləşdirildi.

Nəticədə ermənilər Qafqaz Albaniyasının zəngin maddi-mədəni irsinin saxtalaşdırma yolu ilə mənimsədilər, qədim alban məbədləri üzərindəki kitabələri məhv edin, onları qrabar dilində olan yazılarla əvəzləyərək, alban kilsələrinin memarlıq quruluşunu belə dəyişdirdilər. ( Hazırda Azərbaycanın Qəbələ və Oğuz rayonlarında yaşayan udinlər bu qədim şərq kilsəsinin dini ənənələrini günümüzədək qoruyurlar. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə iki Alban-Udi dini icması dövlət qeydiyyatına alınıb).

Albanlar haqda cox danışmaq və mübahisə etmək olar, ancaq bir qədər də unudulmuş və ya qəsdən unutdurulmuş xalqın parçalanaraq müxtəlif ərazilərə zorla köçrülməsi, soyqırıma düçar olması, asimiliyasiya edilməsi cəhdləri ilə bağlıdır

Bunlardan biri qədim türk xalqlarından olan Rumlardır. Yəqin ki, çoxunuz belə bir türk xalqının mövcudluğunu ilk dəfədir eşidirsiniz.

Rumlar inidiki Gürcustanın Tsalka bölgəsində və Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri və ətrafında yaşayırlar və türkləşmiş yunanlar kimi təqdim olunurlar. İkincilərə azovyanı yunanlar da deyilir.

Gürcüstan rumları və ya qafqaz rumları adı ilə tanınan rumlar adı çəkilən ölkənin cənubunda yerləşən Kvemo Kartli bölgəsinin Tsalka (Barmaqsız) şəhərində yaşayırllar. Xristian dininin provaslav təriqətinə sitayiş edirlər. 1979-cu ildə aparılmış siyahıya almada Gürcüstanda rumların sayı 30.811 nəfər olub.

Gürcüstan ərazisində nə zamandan yaşayırlar?

Onlar təqribən 1821-1825-ci illərdə Osmanlı İmperiyasının Trabzon, Giresun, Ərzurum ve Qars vilayətlərindən köçüblər. Özlərini Qaradənizin şimal sahillərindən Balkan yarmadasına qədər yayılmış Qıpçaq, Peçenek ve Xəzər Türklərinin xristiyanlaşmış qolu olduqlarını iddia edirlər. Hal-hazırda bu rumlar oz milli kimliklərini sadəcə xalq folklorunda yaşadırlar. Maraqlıdır ki, başı bəlalı SARI GƏLİN xalq mahnısı onlarda da var və sevilə -sevilə oxunur.

Rumların başqa bir qolu isə 1778 ci ildə indiki Krım ərazisindən qovularaq Azov ətrafı rayonlara kocurulən Azovyanı rumlar və ya yunan rumları adı ilə tanınan türkdilli xalqdır. Çar Rusiyasının bu sürgünü həyata keçirməkdə əsas məqsədi ondan ibarət idi ki, Krımda olan Türk kimliyi zəiflədilsin.

Niyə onları yunan adı ilə də tanıyırlar

Azov dənizi sahillərində yunan yaşayış məskənləri 1780-ci illərdə yaradılıb. Yunanların Rusiya imperiyası daxilində, Türkiyədən fəth edilən torpaqlara köçürülməsi II Yekaterina hökumətinin göstərişi ilə baş verib. Rusiya və Türkiyənin Krımın və ona bitişik ərazilərə sahibi olması ilə bağlı uzun müddət davam edən qanlı müharibələr həmin vaxt Azov və Qara dənizdəki geniş ərazilərin Rusiya dövlətinin yurisdiksiyasına keçməsinə səbəb oldu. Rusiya hökuməti yeni ərazilərdə türklərin sayını və təsirini azaltmaq üçün yunanlarşn buraya yerləşdirilməsini həyata keçirirdi.

Hal hazırda Azov yunanları adı verilən bu xalqlar iki fərqli qrupa bölünür: Yunan dilinin ləhcəsində danışan rumeylər və türk dilləri qrupuna aid rumlar. Hər iki xalq pravoslavlığa sitayiş edir.

Ukrayna dövlətinin verdiyi rəsmi məlumata görə, hazırda onların ümumi sayı 120 ilə 130 min nəfərdir, bunların 60-65% -i rum, qalanları Rumeydir.

Məsələ bundadır ki, Azov Yunanlarının gənc nəsli rum dilini deyil, yunan dilini dəqiq öyrənməyə çalışır. Bu dili öyrənmək üçün kurslar mövcuddur, bu dildə məktəbləri var, şagirdlər üçün Yunanıstana təhsil turları təşkil edilir. Beləliklə, rum dilinin gələcək perspektivi olduqca qeyri-müəyyən görünür .

Qeyd: Kırım əsilli rumlar, Krım tatar türkcəsinə çox yaxın olan rum türkcəsində danışırlar. Anadoludan olan rumların dili ise daha çok Oğuz grupu ləhcələlərinə, Azərbaycan türkcəsinə və Anadolu-nun Qars, Ərzurum ləhcələrinə yaxındır.

Davamı var ..

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR