Slimfit
  1. İDMAN

İtaliyanın səkkiz idmançısı Bakıya gələcək

İtaliyanın səkkiz idmançısı Bakıya gələcək
Sakura

İtaliyanın səkkiz idmançısı Bakıya gələcək

25-29 mart tarixlərində Bakıda böyüklər arasında 55-ci və para-karate üzrə növbəti Avropa çempionatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında beş gün ərzində dörd tatamidə baş tutacaq mötəbər yarışı dördü azərbaycanlı olmaqla, 120-dək beynəlxalq hakim idarə edəcək. 

Olimpiadaya lisenziya xalları verən turnirə 50-dən artıq ölkədən karateçilərin qatılması gözlənilsə də, dünyada məlum pandemiya səbəbindən 43 ölkədən 460 idmançının, para-karate çempionatında isə altı ölkədən 33 idmançının iştirak edəcəyi rəsmiləşib.

 

Qitənin ən güclülərindən olan İtaliya komandasının səkkiz idmançı ilə Avropa çempionatına gələcəyi xəbəri də son anda rəsmiləşib. Avropa Karate Federasiyasının (EKF) Təşkilat komitəsinin sədri Esteban Peres bildirib ki, qeydiyyat müddətinin bitməsinə baxmayaraq, məlum gərginliklə əlaqədar yarışqabağı Azərbaycana gələn komandalar qeydiyyata salınacaq. 

Qitə çempionatına gələn EKF və ölkə federasiyalarının rəsmiləri, həmçinin bir sıra komandaların heyətləri “Boulevard Hotel”də, əksər komandalar isə Atletlər kəndində məskunlaşacaq.

Dövlət dəstəyi sayəsində qarşıdakı nüfuzlu yarışın yüksək səviyyədə keçiriləcəyini bildirən Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Avropa çempionatına hazırlıq işlərinin plan üzrə getdiyini və yarışın təxirə salınması, eləcə də tribunalarda azarkeşsiz keçməsi üçün rəsmi göstəriş olmadığını bildirib:

“Biz bu yarışa ciddi hazırlaşırıq, çiyinlərimizə üçqat məsuliyyət düşür. Avropa medalları qazanmaqla yanaşı, qitə çempionatını idman ölkəsi olan Azərbaycanın adına layiq təşkil etməli, həm də olimpiya lisenziya yarışı səviyyəsində keçirməliyik. Bu işlərdə dəstək verən ölkənin ali idman qurumlarına minnətdarlığımızı bildirir və bizə olan ümidlərin doğrulması üçün əlimizdən gələni edirik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR