Dərc edildi: Baxış sayı: 502
İtaliyanın Baş naziri istefa verdi
İtaliyanın Baş naziri Cüzeppe Konte Senatda etdiyi çıxışı zamanı rəhbərlik etdiyi hökumətin fəaliyyətinin başa çatdığını və istefa ərizəsini Prezident Serco Matarellaya təqdim edəcəyini bildirib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Baş Nazir həmçinin Daxili İşlər naziri və Baş Nazirin müavini Matteo Salvinini siyasi məsuliyyətsizlikdə, öz maraqlarını güdməkdə ittiham edib. Kontenin sözlərinə görə, hazırda hökumətin istefası ölkəni ciddi risklərlə üz-üzə qoyur.
Baş Nazir əlavə edib ki, onun təmsil etdiyi partiyanın Avropa Parlamentinə seçkilərdə inamlı qələbə qazanması Salvinini ölkəni böhrana sürükləmək üçün yeni bəhanələr axtarmağa vadar edib.
O, öz müavinini parlamentə hörmətsizlik etməkdə də təqsirləndirib. Belə ki, onun sözlərinə görə, Salvini ağır nəticələrə səbəb olan bəyanatlarını sosial şəbəkələr vasitəsilə yayır.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət