Slimfit
  1. DÜNYA

İtaliyada son iki ayda ən az ölüm qeydə alındı

İtaliyada son iki ayda ən az ölüm qeydə alındı
Sakura

İtaliyada son iki ayda ən az ölüm qeydə alındı

İtaliyada son 24 saat ərzində koronavirusun yaratdığı xəstəlikdən 99 nəfər dünyasını dəyişib. Son gündə müşahidə edilən ölüm sayı martın əvvəlindən bəri ən aşağı göstəricidir.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin xülasəsində qeyd edilib. Qeyd olunub ki, ümumilikdə koronavirusdan ölənlərin sayı 32 007-ə çatıb.

Son sutkada müalicə alan 2 150 xəstə sağalsa da, 451 yeni yoluxma qeydə alınıb.

Bildirilib ki, infeksiyaya yoluxan 225 886 nəfərin 127 326-sı sağalıb.

Qeyd edək ki, İtaliya iyunun 3-dən etibarən sərhədləri Avropa İttifaqı ölkələrindən gələn hər kəs üçün açıq elan edib. Ölkəyə bütün yollarla giriş-çıxış sərbəst olacaq və karantin rejimi tətbiq edilməyəcək. Ölkə daxilində də gediş-gəliş tam sərbəst olacaq.

Mayın 18-dən isə İtaliyanın regionları daxilində sərbəst hərəkətə icazə veriləcək. Həmçinin bütün ticarət, iaşə, xidmət obyektləri fəaliyyətini bərpa edəcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR