Dərc edildi: Baxış sayı: 478
İtaliyada koronavirusa yoluxma və ölüm azalır
İtaliyada son bir gün ərzində daha 236 nəfər koronavirusdan ölüb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.
Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 315 nəfərə çatıb.
Məlumata görə, İtaliyada daha 1 075 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 213 013-ə yüksəlib.
Bundan başqa, ölkədə indiyədək 85 231 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət