Dərc edildi: Baxış sayı: 527
İtaliyada ilin ən yaxşı məşqçisi açıqlandı
İtaliya millisinin baş məşqçisi Roberto Mançini yeni mükafata layiq görülüb.
Qol.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. Bildirilir ki, Mançini 2011-ci ildən bəri təsis olunan və ilin ən yaxşı məşqçisinə təqdim edilən Enso Bearzota adına mükafatın sahibi olub.
Qeyd edək ki, İtaliyada 2018-ci ilin ən yaxşı məşqçisi adına “Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperini və “Milan”ın baş məşqçisi Cennaro Qattuzo da namizəd idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət