İtaliyanın antiinhisar xidməti “Apple” və “Samsung” şirkətlərini cərimələyib
İtaliyanın antiinhisar xidməti “Apple” və “Samsung” şirkətlərini cərimələyib. Bu, adıçəkilən şirkətlərin proqram təminatını yeniləmək yolu ilə qurğuların işləmə sürətini azaltması ilə izah edilir. Bu haqda “Reuters” agentliyi məlumat yayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Apple” korporasiyası 10, “Samsung” isə 5 milyon avro məbləğində cərimələnib. İtaliyalı istifadəçilər yeni sistem yeniləməsinin cihazların funksionallığını və işləmə sürətini azaltmasından şikayət ediblər. Bu cür yeniləmələr müştəriləri yeni smartfonlar satın almağa təşviq etmək üçün yaradılır.
2017-ci ilin dekabrında “Apple” şirkəti köhnə “iPhone” modellərinin işləmə sürətinin bilərəkdən azaldılması faktını etiraf etmişdi və istifadəçilərdən üzr istəmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət