İtaliya Türkiyə ilə "savaş oyunu"na girdi: Yunanlar əsəbiləşdi...
Türkiyə donanmasının Şərqi Aralıq dənizində İtaliyanın Hərbi Dəniz Qüvvələri ilə birgə hərbi təlim keçirməsi Yunanıstanı qıcıqlandırıb.
Axar.az xəbər verir ki, yunan mediası Romanın Türkiyənin sözügedən bölgədə etdiklərini görməzdən gəldiyini vurğulayıb.
"Avropa Birliyi və NATO son proseslər qarşısında Yunanıstanın xeyrinə heç bir iş görmür. Türkiyənin əməkdaşlıq fəaliyyətləri də Yunanıstanın səylərinə böyük əngəl yaratmaqdadır. İtaliyanın solçu hökuməti Yunanıstanı ikinci dəfə çətin vəziyyətdə qoydu. Əlbəttə ki, italyanlar bunun NATO-nun rəhbərliyi altında keçirilən təlim olduğunu deyir, lakin bu, Romanın bölgədəki təxribatları görməzlikdən gəldiyini açıq şəkildə göstərir", - yunan mediasında qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət