Slimfit
  1. MEDİA

İtaliya parlamentinin üzvləri Gəncədə olublar

İtaliya parlamentinin üzvləri Gəncədə olublar
Sakura

İtaliya parlamentinin üzvləri Gəncədə olublar

İtaliya parlamentinin nümayəndələri Gəncə şəhərinə səfər ediblər.Qonaqları Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov və şəhər rəsmiləri qarşılayıblar. Onlar Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Qonaqlar oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər.  Bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Həmçinin qonaqların nəzərinə çatdırılıb ki, eyni hadisə oktyabrın 17-də də ba verib. Bu  terror aktı zamanı isə 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə Gəncə 5 gün - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb.

İtaliya parlamentinin nümayəndələri Ermənistan silahlı qüvvəlləri tərəfindən törədilən terror aktını psiləyiblər. Bildiriblər ki, Azərbaycanda  44 gün ərzində davam edən Vətən müharibəsi zamanı İtaliya höküməti daim ölkəmizi dəstəkləyib.

Daha sonra qonaqlar erməni terroru nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.  

Xatırladaq ki, parlament üzvləri Gəncə şəhərindən sonra ermənilər tərəfindən viran edilmiş Ağdam rayonuna gediblər. 

 

ganjanews az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR