Slimfit
  1. AZƏRBAYCAN

İtaliya mətbuatı Heydər Əliyevdən yazdı

İtaliya mətbuatı Heydər Əliyevdən yazdı
Sakura

İtaliya mətbuatı Heydər Əliyevdən yazdı

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 15-ci illiyi münasibətilə İtaliyanın “L’Opinione” qəzetində italyan jurnalist-tədqiqatçı Domeniko Letizianın geniş məqaləsi dərc olunub.

Metbuat.az xəbər verir ki, məqalədə ölkəmizdə bu iki önəmli tarixin qeyd edildiyi, Azərbaycanın müasir tarixinin Ulu Öndər Heydər Əliyevlə ayrılmaz şəkildə bağlı olduğu, Ümummilli Liderin dəyərlərinin Azərbaycan xalqı tərəfindən yaşadıldığı bildirilir. Məqalədə Ulu Öndərin sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi dövrün yenilənmə, dinamik inkişaf və mədəni intibah dövrü kimi yadda qaldığı, 1982-cı ildən Heydər Əliyevin SSRİ Baş nazirinin müavini kimi Sovetlər Birliyinin əsas liderlərindən biri olaraq səhiyyə, elm, yüngül və ağır sənaye, nəqliyyat, komunikasiya, mədəniyyət və təhsil kimi sahələrə rəhbərlik etdiyi bildirilir. 

SSRİ-nin süqutu və müstəqilliyin bərpasından sonra Azərbaycanın böyük çətinliklərlə üzləşdiyi, 1993-cü ilin may-iyun ayları arasında vətəndaş müharibəsi və yenicə əldə olunmuş müstəqilliyi itirmək təhlükəsi ilə qarşılaşdığı məqamda xalq tərəfindən Heydər Əliyevin ölkəni bu çətin vəziyyətdən çıxara biləcək yeganə şəxs kimi seçildiyi vurğulanır. 1993-2003-cü illər prezidentliyi dövründə Heydər Əliyevin Azərbaycanı dərin problemlərdən xilas edərək ölkənin geosiyasi və beynəlxalq mövqeyini gücləndirdiyi, sabitlik və iqtisadi yüksəlişə doğru apardığı bildirilir. 

Məqalədə qeyd olunur ki, Heydə Əliyev Azərbaycan üçün dünyəvilik, azadlıq və müstəqillik ideyalarını təcəssüm etdirir, çağdaş və modern dövlət institutlarının, vətəndaş cəmiyyətinin və iqtisadiyyatın inkişafını dəstəkləyən qurumların yaradılmasını təmin edir, ölkənin Şərq və Qərb arasında strateji yerləşməsi və malik olduğu zəngin təbii ehtiyatlarından bəhrələnərək Azərbaycanın modernləşməsinə zəmin yaradır, 1988-1994-cü illər arasında bir milyon qaçqın və məcburi köçkünlər kimi ağır humanitar nəticələrə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə istiqamətlənmiş siyasət həyata keçirir. 

Müəllif bildirir ki, Heydər Əliyev 1997-ci ildə İtaliyaya səfər edən Azərbaycanın ilk prezidenti olmuşdur. Səfər vaxtı Ulu Öndərin İtaliyanın siyasi rəhbərliyi və önəmli iqtisadi strukturlarının başçıları ilə keçirdiyi görüşlərin iki ölkə arasında növbəti mərhələdə əlaqələrin inkişafına təkan verdiyi və hazırda Azərbaycan və İtaliya arasında əlaqələrdə davamlı siyasi, iqtisadi və mədəni mübadilələrin müşahidə olunduğu, 2020-ci ildə tikintisi sona çatacaq Trans-Adriatik Qaz Boru Kəməri kimi Avropa üçün strateji əhəmiyyət daşıyan layihənin reallaşmasının əlaqələrin daha da güclənməsinə gətirib çıxaracağını deyir. 

Məqalədə qeyd olunur ki, Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsini yaşatmaq, ölkəmiz üçün azərbaycançılıq fəlsəfəsininin vacibliyini vurğulamaq və yeni nəsillərdə milli dövlətçilik ideyasını aşılamaq üçün təsis edilən və fəaliyyətinin 15-ci ildonümünü qeyd edən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, texnologiya, ətraf mühit, ictimai və bir çox başqa sahələrdə müxtəlif layihələr həyata keçirməklə yeni cəmiyyətin qurulması, ölkənin sosial və iqtisadi inkişafı prosesində aktiv iştirak edir. 

Müəllif Heydər Əliyev Fondunun mədəniyyət, incəsənət dünyasında, eləcə də dinlərarası dialoq və multikulturalizmlə bağlı ideyaların yayılması baxımından əhəmiyyətindən danışaraq, İtaliya və Müqəddəs Taxt-Tacda islam və katolik mədəniyyətləri arasında əməkdaşlıq üçün çox işlər gördüyünü yazır. Fond tərəfindən Vatikan Apostol Kitabxanasında, Müqəddəs Marçellino və Pyetro və Müqəddəs Sebastian katakombalarında aparılmış bərpa işlərindən danışan müəllif bu işlərə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın göstərdiyi diqqəti xüsusi qeyd edir. 

Məqalədə Heydər Əliyev Fondunun İtaliyada önəmli tədbirlər, çoxsaylı sərgi və konsertlər təşkil edərək, o cümlədən bu il də Venesiya Biennalesində milli pavilyon ilə iştirak edərək Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin tanınmasını təbliğ etdiyi, Romanın Villa Borghese parkında Nizami Gəncəvinin heykəlinin ucaldılması, Romanın Kapitolini muzeyinin Folosoflar zalının bərpası kimi önəmli layihələr həyata keçirdiyi, habelə Fondun İtaliyanın universitetləri və akademik mühitini Azərbaycanla birləşdirən tarix və arxeologiya sahəsində görülən önəmli işlərin təşəbbüskarı olduğu bildirilir, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana səfəri zamanı açılışı edilmiş Florensiyanın Galleria degli Uffizi muzeyindən gətirilmiş əsərlərdən ibarət Şah İsmayıla həsr olunmuş sərginin də məhz Fond tərəfindən təşkil olunduğu qeyd olunur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR