Slimfit
  1. AZƏRBAYCAN

İtaliya mediası Xocalı soyqırımından yazıb

İtaliya mediası Xocalı soyqırımından yazıb
Sakura

İtaliya mediası Xocalı soyqırımından yazıb

İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun saytında Xocalı soyqırımından bəhs edən “Xocalı soyqırımı cəzasız bir cinayətdir” sərlövhəli analitik məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşiddir.

Analitik yazıda Xocalı soyqırımı tarix, siyasət və beynəlxalq hüquq müstəvisində təhlil olunur, faciəninin səbəb və nəticələri göstərilir. Müəllif qeyd edir ki, Azərbaycan xalqı təxminən 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Dinc azərbaycanlılar əzəli yurdlarından qovularaq, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, Xocalı faciəsi erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri terror və kütləvi qırğın aktlarının, soyqırımı siyasətinin yeni tarixi mərhələsidır.

Məqalədə Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi Xatın, Xirosima, Naqasaki və Sonqmi faciələri ilə bir sırada qiymətləndirilir.

Müəllif Xocalı soyqırımının ən əsas səbəblərindən birini Xocalının qədim yaşayış məskəni, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrədək tarix və mədəniyyət ənənələrini özündə əks etdirməsi ilə bağlayır. Məqalədə deyilir: “Ermənilər çox yaxşı bilirdilər ki, bu silsilədə qırılmaz inkişafı davam etdirən Xocalı-Gədəbəy mədəniyyəti özündən əvvəlki mədəniyyətlərin xüsusiyyətlərini saxlamış və özündən sonrakı mədəniyyətlərin yaranmasında bünövrə qoymuşdur. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının, Xocalı kurqanlarının ağır texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır”.

Məqalədə nəticə olaraq qeyd edilir ki, 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasına əsasən, Xocalı soyqırımının təşkilatçıları və iştirakçıları, bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasi, Avropa Şurası kimi mötəbər qurumlar, Xocalı soyqırımını tanımayan dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR