İtaliya klubu futbolçusu ilə müqaviləni uzatdığını 'WhatsApp' skrinşotu ilə açıqlayıb
İtaliyanın "Kalyari" klubu futbolçusu Luka Çiqarini ilə müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, klubun prezidenti Tomazo Culini "Twitter"də bu barədə maraqlı paylaşım edib. O, 33 yaşlı yarımmüdafiəçi ilə "WhatsApp" yazışmasının skrinşotunu paylaşıb. Oyunçu onunla söhbətində yeni sözləşməyə razılıq verdiyini bildirib.
- Biz ki danışmışıq...
- Bəli.
- Super, Çiqa. İndi biz yaxşı əllərdə, daha doğrusu, yaxşı ayaqlardayıq.
- Çox sağ ol, prezident. Başlanğıc qoyuldu.
- Sabah səni müqavilə bağlamaq üçün gözləyirəm.
Qeyd edək ki, Luka Çiqarini 2017-ci ildən "Kalyari"də çıxış edir. Komanda A Seriyasında 2018/2019 mövsümünü 41 xalla 15-ci pillədə başa vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət