Dərc edildi: Baxış sayı: 408
İt baş məşqçinin “köməkçi"si oldu
Paraqvayın “2 De Mayo” klubunda qəribə hadisə yaşanır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paraqvay təmsilçisinin baş məşqçisi Hara Saqier stadionun yanında yatan evsiz iti bəsləməyə başlayıb.
“Tesapara” adlı iti stadionun içində saxlayan komandanın üzvləri bir anda özlərini itlə eyni komandada görüblər. Komandanın məşqlərinə qatılan “Tesapara” oyun ərzində baş məşqçi Saqierin yanından ayrılmayıb, sanki köməkçi-məşqçi vəzifəsini yerinə yetirir. İt hətta Saqierlə birlikdə mətbuat konfranslarına da qatılır. Oyunları texniki zonadan “izləməsinə” icazə verilmədikdə isə, sadiq heyvan tribunada öz yerini tutur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət