Dərc edildi: Baxış sayı: 544
İsveçrənin Vaud kantonunda dilənmək qadağan edilib
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ötən günlərdə qüvvəyə minən qanuna görə, dilənən şəxslərə 100 İsveçrə frankı pul cəzası veriləcək. Sistemli şəkil və yanında uşaqla dilənənləri isə 500-2000 frank pul cəzası gözləyir.
Qanun məclisdə səsverməyə çıxarılıb və 60 "Hə", 56 "Yox" cavabı ilə qəbul edilib. Əyalət konqresinin üzvləri məqsədin cinayətkar qrupların fəaliyyətlərinə mane olmaq, uşaqların diləndirilməsinin qarşısını almaq olduğunu bildirir.
Sosial Demokrat Partiyasından Ada Marra isə qadağanın cinayət, soyğun hadisələrinin artması ilə nəticələnəcəyini deyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət