Slimfit
  1. MƏDƏNİYYƏT

İsveçrənin Stein şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı olub

İsveçrənin Stein şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı olub
Sakura

İsveçrənin Stein şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı olub

“Azərbaycanın dostları” Diaspor Təşkilatı İsveçrənin Ştayn şəhərində “Birlikdə bayram edək” şüarı altında təşkil olunan multikultural festival çərçivəsində Azərbaycan mədəniyyətinin təqdimatını keçirib. Təqdimat Diasporla İş üzrə Dövlət Komitəsi və İsveçrədəki səfirliyimizin dəstəyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı Azərbaycanın Əməkdar artisti, tanınmış xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun milli rəqslərimizdən ibarət çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. 400-dən çox qonağın qatıldığı tədbirdə müxtəlif növ milli kulinariya nümunələrimizin təqdim olunduğu Azərbaycan stendinə iştirakçılar tərəfindən böyük maraq göstərilib.

Qeyd edək ki, İsveçrədə “Birlikdə bayram edək” şüarı altında ənənəvi olaraq təşkil olunan festival bu ölkədə ən tanınmış multikultural tədbirlərdəndir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR