İsveçrədə koronavirusla bağlı bu qadağalar ləğv edildi
İsveçrədə koronavirus pandemiyası səbəbi ilə martın ortalarında tətbiq olunan karantin tədbirlərinin yumşaldılmasının üçüncü mərhələsinə başlanılıb.
TASS agentliyi xəbər verir ki, bu gündən İsveçrədə orta məktəblər, kitabxanalar, muzeylər, idman zalları, restoranlar, geyim mağazaları fəaliyyətini bərpa edib.
İsveçrədə hazırkı durumda yalnız sosial məsafənin qorunmasına dair qadağa qüvvədədir.
Belə ki, təhsil müəssisələrində müəllimlərlə şagirdlər arasında iki metr sosial məsafənin saxlanılması tələb olunur. Eyni tələblər restoranlara, kafelərə və barlara da şamil olunur.
İdman meydançalarında keçirilən yarışlarda iştirakçıların sayı beş nəfərdən çox olmamalı və insanlar sosial məsafəyə riayət etməlidirlər.
Qeyd edək ki, İsveçrədə 30 305 nəfərin COVID-19-a yoluxduğu bildirilib. 1 833 xəstə virusun qurbanı olub. Sağalanların sayı isə 26 mindən çoxdur.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət