Slimfit
  1. DÜNYA

İsveçrə parlamenti ölkənin yeni prezidentini seçib

İsveçrə parlamenti ölkənin yeni prezidentini seçib
Sakura

İsveçrə parlamenti ölkənin yeni prezidentini seçib

Dekabrın 5-də İsveçrə parlamenti ölkənin yeni prezidentinin adını açıqlayıb. Parlamentdə keçirilən seçkidə bu vəzifəyə maliyyə naziri Ueli Maurer təsdiq olunub. Yeni prezidentin namizədliyi parlament üzvlərinin mütləq əksəriyyəti (209 səsdən 201-i) tərəfindən dəstəklənib.

AZƏRTAC xəbər verir ki, hökumətin yeddi üzvü arasından seçilən prezident bu vəzifəni bir il müddətində icra edir və əsasən reprezentativ fəaliyyətlə məşğul olur. U.Maurerlə yanaşı, iki qadın da hökumətə yeni üzv seçilib.

İsveçrə Xalq Partiyasının təmsilçisi olan U.Maurer hələ 2008-ci ildə hökumətə üzv seçilib və müdafiə naziri vəzifəsində çalışıb. 2013-cü ildə o, prezident vəzifəsini də icra edib. Budəfəki seçki ilə U. Maurer ikinci dəfə prezident səlahiyyətlərini icra etmək hüququ qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR