Dərc edildi: Baxış sayı: 248
İsveçrə Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə qoşulub
İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul etdiyi 13-cü sanksiya paketinə qoşulub.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.
“29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketinə qoşulub”, - məlumatda diqqətə çatdırılıb.
Məhdudlaşdırıcı tədbirlər martın 1-də yerli vaxtla saat 18:00-dan qüvvəyə minib.
Xatırladaq ki, fevralın 21-də Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət