Slimfit
  1. MARAQLI

İsveçli deputatların ağlamalı həyat tərzi: Kiçik mənzillərdə yaşayırlar, maşınları və katibələri də yoxdur

İsveçli deputatların ağlamalı həyat tərzi: Kiçik mənzillərdə yaşayırlar, maşınları və katibələri də yoxdur
Sakura

İsveçli deputatların ağlamalı həyat tərzi: Kiçik mənzillərdə yaşayırlar, maşınları və katibələri də…

Skandinaviya ölkəsində siyasətə münasibət tamamən fərqlidir. Burada xalqın təmsilçiləri öz işlərini gördükləri zaman qənaətcilliklərini də ön plana çıxarır.

İsveçli deputatlar səxavətli ödəmələr və daha başqa bir çox üstünlüklər yerinə, vergi ödəyicilərinin pullarını necə xərcləyəcəkləri ilə bağlı kəskin məhdudlaşdırmalarla qarşı-qarşıyadırlar.

“Sadə vətəndaş”

Musavat.com BBC Türkcəyə istinadən bu sahədəki vəziyyəti yazır.

Sosial Demokrat Partiyasının deputatı Per-Arne Hakansson "Biz sadə vətəndaşlarıq” deyir və aşağıdakıları əlavə edir:"İşimiz vətəndaşları və yaşadıqları reallıqları təmsil etmək olduğundan millət vəkilinə özəl imtiyazlar vermənin heç bir mənası yoxdur. Bizim bir üstünlüyümüz var. O da işimizi görmək və ölkənin gedəcəyi istiqamətə nüfuz etmə fürsətinə sahib olmaqdır”.

İsveçdə millət vəkilləri ictimai nəqliyyat vasitələrindən havayı istifadə edə bilir. Amma vəzifə maşınları və sürücüləri yoxdur. Məsələn, İsveç parlamentinin sadəcə 3 ədəd Volvo S80 model maşını var. Bu maşınlar da sadəcə parlament sədri və 3 köməkçisi tərəfindən rəsmi tədbirlərdə istifadə edilə bilər.

“Taksi dayanacağı işlətmirik”

Parlament səlahiyyətlisi Rene Poedtke isə deyir ki, “Taksi dayanacağı işlətmirik. Maşınlarımız insanları evlərinə və ya iş yerlərinə aparmaq üçün deyil”.

Əslində İsveçdə xidməti maşını olan tək siyasətçi baş nazirdir.

İsveçdə millət vəkilləri ayda 6900 ABŞ dolları maaş alırlar. Amerikalı bir Konqres üzvünün maaşı isə 14 min dollar civarındadır. İsveçdə orta aylıq məvacib 2800 ABŞ dollarıdır.

Gündəlik xərclik 12 dolllardır

Ölkədə paytaxt Stokholm xaricindən gələn deputatlar "traktament" adı verilən, bir günlük xərclik ala bilir. Bu xərcliyin gündəlik məbləği isə 12 dollardır. Bu pulla Stokholmda cəmi bir dəfə, sadə bir yeməkdən artığını ala bilməzsiniz.

1957-ci ilədək isveçli deputatlara maaş belə, ödənmirdi. Bunun yerinə partiya üzvləri deputatlara maliyyə dəstəyi verirdi.

Dünyadakı bir çox parlamentarilər kimi, isveçli deputatlar da ucuz gecələmə imkanlarından faydalanır. Amma təkcə Stokholm xaricindən gələnlər...

Bir nəfərlik yataqlar...

Verilən mənzillər heç də lüks deyil. Məsələn, Per-Arne Hakansson 46 kvadrat metrlik bir evdə yaşayır. Dövlətin əlindəki bəzi mənzillər də 16 kvadrat metrlik studiya mənzillərdir. Bundan başqa, mənzillərdə paltaryuyan və qabyuyan maşın kimi əşyalar da yoxdur. Hamısında bir nəfərlik çarpayılar var.

Vergi ödəyicilərinin pulu sadəcə, deputatların o evlərdə qalması üçün xərclənir. Deputatların ailə üzvləri həmin mənzildə təkcə bir gecə qalsalar belə, buna görə pul ödəməyə məcburdular. Bir deputat həyat yoldaşı ilə yaşamaq istəyirsə, həyat yoldaşı kirayənin yarısını dövlətə ödəyir.

Kirayə yardımında məhdudlaşdırma

Parlament nümayəndəsi Anna Aspergen "Mənzillərdə yaşayanlar arasında deputatlardan başqa heç kim üçün pul verməyəcəyik” deyib. Deputatlar başqa bir yerdə yaşamağı və gecələmə yardımını buranı kirayələməklə seçə bilər. Amma gecələmə yardımının miqdarı aylıq 820 dolları aşmır və Stokholmun mərkəzi yerlərindəki kirayə miqdarını düşünəndə bu, olduqca az bir miqdar sayılır.

1990-cı illərə qədər şərtlər daha da sərt idi. Gecələmə yardımı yox idi və millət vəkilləri orta hesabla 15 kvadrat metrlik bürolarda qalırdılar.

İsveçli millət vəkillərinin katibə və ya məsləhətçi tutması da qadağandır. Bunun yerinə parlamentdə təmsil edilən bütün partiyalara, bütün deputatlar üçün çalışan işçilərin hovuz xərclərini qarşılamaq üçün pul verilir.

Pulsuz iş

Kəmər sıxma tədbirləri yerli siyasət sahəsində daha da sərtdir. Siyasətdə təmsil olunmaq əsas karyeraya paralel bir fəaliyyət olaraq görülür. Yerli məclis üzvlərinin 94 faizi hər hansı bir maaş almır. Bunun istisnaları isə bəzi komitələrdə tam və ya yarım gün çalışan siyasətçilərdir.

Stokholm Bələdiyyə Məclisinin üzvü Kristina Elffors-Sjödin, bu fəlsəfəni belə açıqlayır: “Bu, boş zamanlarımızda yetərincə yaxşı görülə biləcək, könüllü bir işdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR