Slimfit
  1. DÜNYA

İsveçdə Ümumdünya Su Həftəsi konfransı işə başlayıb

İsveçdə Ümumdünya Su Həftəsi konfransı işə başlayıb
Sakura

İsveçdə Ümumdünya Su Həftəsi konfransı işə başlayıb

Ümumdünya Su Həftəsi hər ilin avqustunda və ya sentyabrında İsveçin paytaxtı Stokholmda bir həftə davam edən qlobal su konfransıdır. Stokholm Beynəlxalq Su İnstitutu (SIWI) tərəfindən təşkil edilən Ümumdünya Su Həftəsi planetin su, inkişaf və davamlılıq problemlərinə həsr olunur.

AZƏRTAC "siwi.org" saytına istinadla xəbər verir ki, beynəlxalq əhəmiyyətli konfrans 1991-ci ildən keçirilir. Hər il müxtəlif ölkələrdən mütəxəssislər, praktikantlar, iş adamları su ilə əlaqədar ən aktual problemlərin həllinin müzakirəsi üçün Stokholmda bir araya gəlirlər. Təkcə ötən il bu mötəbər tədbirdə 135 ölkəni təmsil edən 380-dən çox təşkilatın 3300-dən artıq nümayəndəsi iştirak edib.

Hər il müxtəlif deviz altında müzakirələrin təşkil edildiyi konfransın builki mövzusu “Su, ekosistemlər və bəşəriyyətin inkişafı”dir.

Qeyd edək ki, bu il Ümumdünya Su Həftəsi avqustun 26-dan 31-dək keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR